Bakı. Trend:
Əfqanıstanda aramsız yağışlar səbəbindən sel fəlakəti meydanagəlib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladəİdarəsinin sözçüsü Janan Saeq deyib.
Məlumata görə, sel zamanı 2,5 mindən çox evin dağılıb və yazərər görüb, 2 mindən çox heyvan tələf oldub, hektarlarla kəndtəsərrüfatı ərazisi də yararsız hala düşüb. Ölənlərin sayı 70-ə,yaralıların sayı isə 56-ya çatıb.
Əfqanıstan Meteorologiya Xidməti leysanın daha 4 gün davamedəcəyi barədə xəbərdarlıq edib.