AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Nizami

Bakı, 18 aprel, AZƏRTAC

Albaniya Respublikasının Prezidenti Bayram Beqay bu ölkədə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə XI Qlobal Bakı Forumunun nəticələri və Mərkəzin beynəlxalq təşkilatlarla əməkdaşlığı, COP29-un əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısının keçirilməsi məsələsi müzakirə olunub.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla