AZ

"Dünya gözəli" ikinci dəfə ana oldu - FOTO

2017-ci ildə Atakan Koru ilə ailə quran və bir il sonra oğlu Dəmiri qarşılayan Azra Akın uzun müddətdir ki, tənha həyat sürür.

News24.az xəbər verir ki, sosial media hesabından aktiv istifadə edən məşhur ad bir neçə ay əvvəl ikinci dəfə ana olacağını açıqlamışdı.

Körpəsinin cinsini doğuşda öyrənəcəyini açıqlayan Azra Akından şad xəbər gəlib. Müjdəni sosial media hesabından açıqlayan Akın körpənin cinsini və adını da açıqlayıb.

Xəstəxana otağında ailəsi ilə çəkdirdiyi fotoları paylaşan Akın, "14 aprel bazar günü Dəmirə bir bacı gəldi. Bizim üçün də çox gözəl sürpriz oldu. Adı Aryadır" deyib.

Günel Məlikzadə


Seçilən
72
Mənbələr
Şərh ()
Bağla