AZ

Alimlər beyində mikroplastik aşkar ediblər

Alimlər insanların öd daşlarında və siçanların beyinlərində mikroplastiklər aşkar ediblər. 

News24.az xəbər verir ki, mikroplastiklər indi hər yerdə var. O cümlədən nəfəs aldığımız hava, içdiyimiz su və yediyimiz yeməklərdə.

Yeni araşdırmaya görə, bu kiçik hissəciklərin hətta beyinə və digər orqanlara da sızdığı ortaya çıxıb.

Məlum olub ki, insanların öd kisəsində mikroplastiklər var ki, bu da pankreatitə və mədəaltı vəzi xərçəngi riskinin artmasına səbəb ola bilən öd daşlarının əmələ gəlməsinə kömək edir.

Onu da qeyd edək ki, mütəxəssislər bədənimizdə yığılan mikroplastiklərdən heç vaxt xilas ola bilməyəcəyimizdən şübhələnirlər.

Günel Məlikzadə

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla