AZ

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçirVİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq.

Xezerxeber.az-ın məlumatına görə, ekspert deyir ki, Xocalı aerportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var.

Ekspert əlavə edib ki, Xocalı aerportunun texniki imkanları da genişləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
110
41
Mənbələr
Şərh ()
Bağla