AZ

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Ağstafa, 18 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, qoruğun ərazisindəki “İlham Əliyev zirvə”sində təşkil olunan tədbirin məqsədi mədəni irsimizin təbliği işinin genişləndirilməsi, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına diqqəti cəlb etmək, ictimaiyyət və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına və artırılmasına yönəltməkdir.

İştirakçılar əvvəlcə Keşikçidağ kurqanlar vadisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və çap məhsullarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Qoruğun direktoru Musa Mursaquliyev və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin önəmindən danışıb, bununla əlaqədar ölkəmizdə silsilə tədbirlərin təşkilindən söz açıblar.

Sonra qonaqlar ərazidə yerləşən mağaralar, onların divar və tavanlarındakı freskalarla tanış olub, “İlham Əliyev zirvə”sinin ətrafında salınmış “Badam bağı”nda ağac tingi əkiblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla