AZ

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Avtomobil kirayəsi işini həyata keçirən "AzTrans Car" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində  barəsində inzibati iş başlanıb.

Valyuta.az-ın məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

469.3-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, qanuni təmsilçisi Tubuxanım Xəlilova Əmir qızı olan "AZTRANS CAR" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 287311.41 manat vergi borcu var.

 Sadiq İsbəndərli

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla