AZ

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, “Murov Az Terminal” həlledici raunda vəsiqə qazanıb. 

Komanda yarımfinal mərhələsinin ikinci matçında “Neftçi”ni 3:0 (25:20, 25:21, 25:19) hesabı ilə üstələyib.

İlk görüşdə də eyni hesab qeydə alınmışdı. “Murov Az Terminal” finalda “Azərreyl”lə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
49
32
Mənbələr
Şərh ()
Bağla