AZ

Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU

Avstriya Hava Yollarına məxsus Embraer "ERJ-195" təyyarəsini ildırım vurub.

Publika.az xəbər verir ki, bu barədə "Airportia" portalı məlumat yayıb.

Hadisə aprelin 15-də, bazar ertəsi Vyanadan Neapola uçan təyyarədə uçuşun başlamasından təxminən 40 dəqiqə sonra baş verib. Hadisə zamanı təyyarənin göyərtəsində sərnişinlər olub.

İnsident ekipajı uçuşu dayandırmağa və hava limanına qayıtmağa vadar edib. Eniş yaxşı yaxşı alınıb və sərnişinlərdən heç biri xəsarət almayıb.

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla