AZ

Rusiya səfirliyi: Almaniya casusluğa görə saxlanılanların Rusiya  ilə əlaqələrini sübut etməyib

Almaniya casusluqda şübhəli bilinərək saxlanılan şəxslərlə Rusiya strukturlarının nümayəndələri arasında əlaqəyə dair heç bir sübut təqdim etməyib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə aprelin 18-də Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Onlar qeyd ediblər ki, Almaniya tərəfinin casusluqda şübhəli bilinən şəxslərin saxlanması ilə bağlı demarşını birbaşa təxribat kimi qiymətləndirirlər.

 

“Saxlanılanların bu planlarını və onların Rusiya strukturlarının nümayəndələri ilə mümkün əlaqələrini göstərən heç bir sübut təqdim edilməyib”, - səfirliyin bəyanatında deyilir.

 

Diplomatik nümayəndəlik bu demarşı birbaşa təxribat kimi qiymətləndirir, onun məqsədi Almaniyada “artıq miqyaslı casus manyaklığını” qızışdırmaq, habelə anti-Rusiya əhval-ruhiyyəsini artırmaq və Rusiya-Almaniya münasibətlərini daha da pozmaqdır. 

 

Rusiya tərəfi Almaniyanın Rusiya xüsusi xidmət orqanlarının Almaniyada təxribat planlarında iştirakını aşkar etmək cəhdlərini absurd və gülünc hesab edir.

 

Rusiya səfirliyi Almaniya tərəfindən saxlanılan şəxslər Rusiya Federasiyasının vətəndaşıdırsa, onlara konsulluq imkanının verilməsini tələb edib.

 

Nigar

 

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla