AZ

“Portsmut” Çempionşipə qayıtdı

İngiltərə Liqa 1-də (EFL League One) mübarizə aparan “Portsmut” yüksəliş qazanıb və yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Arena.az xatırladır ki, sözügedən klub 2012-ci ildə aşağı liqaya yuvarlandıqdan sonra yenidən İngiltərənin ikinci divizionuna qayıdır.

Aprelin 16-da “Portsmut” doğma meydanda “Barnsli”ni 3:2 hesabı ilə məğlub edib və Çempionşipə dönüşünü rəsmiləşdirib.

Komandanın sükanı arxasında keçmiş müdafiəçi Con Mousinyo dayanıb. Bu, onun məşqçilik karyerasında ilk klubudur.

Hazırda “Portsmut” İngiltərə Liqa 1-in 2023/2024 mövsümünün yarış cədvəlində 44 oyundan 94 xalla 1-ci pillədə qərarlaşıb. Komanda yarışın başa çatmasına 2 tur qalmış çempionluğunu təmin edib.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla