AZ

İki ölkə İrana görə Baydendən zəmanət istəyir

Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-dan təhlükəsizlik zəmanəti alacağı təqdirdə alyansa qoşulacaq.

Ölkə.Az xəbər verir ki, İsrailin Kan 11 telekanalı bu barədə yazır. 

Qeyd edilir ki, ABŞ-nin İrana qarşı İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə regional ittifaq yaratmaq planları çətinliklərlə üzləşir. Bu ərəb ölkələri “Amerikanın himayəsi olmadan İranın hədəfinə çevrilməkdən qorxurlar”.

Səudiyyə Ərəbistanı və BƏƏ rəsmiləri Bayden administrasiyasına bildiriblər ki, onlar İsraildə olduğu kimi ABŞ onların təhlükəsizliyinə zəmanət verərsə, bu ittifaqa qoşulmağa hazırdırlar.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla