AZ

Azərbaycanlı TIR sürücüsü 3 aydır ki, Gürcüstan sərhədini keçə bilmirVİDEO

Azərbaycanlı TIR sürücüsü 3 aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir.

Xezerxeber.az-ın məlumatına görə, sürücü Aqil İsrafilov iddia edir ki, idarə etdiyi şokolad yüklü TIR fevralın 4-də Batumi şəhərində qəzaya uğrayıb.

Nəticədə qəzalı vəziyyətdə olan körpü uçub, sürücünün idarə etdiyi avtmobil isə aşıb. Bundan sonra hadisə yerinə gələn polis sürücüyə 61 min lari, yəni 38 min manat cərimə yazıb.

Zərərçəkmiş sürücü deyir ki, Türkiyədən götürdüyü şokoladı Rusiyaya aparırmış və Gürcüstandan tranzit olaraq keçirmiş. Sürücü iddia edir ki, qəzadan sonra onun başı qarışıq olduğu üçün yükün yarısı da oğurlanıb.  

Xarici İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, yol-nəqliyyat hadisəsi keçirən sürücü bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
90
4
Mənbələr
Şərh ()
Bağla