AZ

“Boka Xuniors” çətinliklə pley-offa çıxdı

Aprelin 5-8-i və 13-17-si aralığında Argentina Liqa Kubokunun (LK) qrup mərhələsində son iki turun oyunlar keçirildi.

“Football-plus.az” xəbər verir ki, bununla da bu mərhələyə yekun vuruldu. Başqa sözlə, 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi.

Diqqəti cəlb edən əsas fakt qrup mərhələsinin sonuna iki tur qalmış heç bir komandanın pley-offda yerini təmin edə bilməməsi idi.

12-ci turdan sonra A qrupunda liderliyi ələ alan “Arxentinos Xuniors” bu üstünlüyündən maksimum yararlana bilmədi. “Yeniyetmələr” son iki turda “Veles Sarsfild” (0:0) və “Barrakas Sentral” (3:3) ilə heç-heçəyə razılaşdılar. Evdə itirilən 4 xal Pablo Gedenin komandasının liderliyi itirməsinə səbəb oldu. “Arxentinos Xuniors” qrupu 2-ci yerdə başa vurdu.

İki tur əvvəl hərəyə 22 xal toplamaqla 2-3-cü yerləri bölüşən “Talyeres de Kordoba” və “Barrakas Sentral” həlledici oyunlarda fərqli nəticələr göstərdilər. “Talyeres de Kordoba” son iki matçda hesabına yalnız 2 xal yaza bildi. Bu nəticə isə kordobalılara pley-offa çıxmaq imkanı vermədi. Səbəb digər iddiaçıların daha çox xal toplaması ilə bağlı oldu. Son iki matçda 4 xal qazanan “Barrakas Sentral” qrupu 3-cü yerdə başa vurdu.

12-ci turdan sonra 4-cü olan “River Pleyt” həlledici oyunlarda maksimum nəticə göstərdi. “Rosario Sentral”a evdə 2:1, “İnstituto”ya isə səfərdə 3:1 hesabıyla qalib gələn ölkə nəhəngi A qrupunu lider kimi bitirdi. Argentina çempionatının son qalibi olan Martin Demiçelisin komandası bu nəticə ilə 1/4 finalda digər qrupun dördüncüsü ilə oynamaq hüququ qazandı.

Bu qrupda pley-offa son vəsiqənin sahibi isə “Veles Sarsfild” oldu. Paytaxt komandası “Arxentinos Xuniors” (0:0) və “İndependyente Rivadaviya” (1:0) ilə səfər matçlarında qazandığı 4 xalla azarkeşlərini sevindirdi. Amma “İndependyente” buna nail ola bilmədi. Bir ara qrupda vahid lider olan, amma sonra xalları sağa-sola “xərcləyən” Karlos Tevesin çalışdırdığı komanda son iki turda 4 xal qazansa da, 6-cı yeri tutaraq Liqa kuboku uğrunda mübarizədən kənarda qaldı.

B qrupunda 1/4 finala vəsiqəni təmin edən ilk komanda “Qodoy Krus” oldu. Bu, gözlənilən idi. Belə ki, Daniel Oldranın komandası uzun müddət qrupda liderlik etmişdi. 13-cü turda “Sarmyento” üzərində 1:0 hesablı qələbə mendosalıların qrupu 1-ci yerdə başa vurmasını rəsmiləşdirdi.

Liderin əsas izləyicisi “Lanus” son iki turda hesabına xal yaza bilmədi. Səfərdə “Rasinq”ə məğlubiyyətdən (0:2) sonra evdə “Estudiantes”ə də uduzan (1:2) lanuslular ilk turlardan məhkəmləndiyi 2-ci yerdən 6-ya yuvarlandılar. Son 3 oyunda yalnız 1 xal qazanması Rikardo Zyelinskinin komandasının mövsümboyu çəkdiyi əziyyəti heçə endirdi.

“Estudiantes” isə inanılmaz yüksəlişə nail oldu. Evdə “Sentral Kordoba”nı darmadağın edən (5:0) “tələbələr” 11-ci turun sona çatdırılmayan oyununda “Boka Xuniors”a minimal hesabla qalib gəldilər. Son turun “Lanus” ilə matçında qazanılan əzmkar qələbə isə Eduardo Domingesin komandasına 2-ci yerin sahibi kimi pley-offa çıxmaq imkanı verdi.

12-ci turdan sonra 3-cü yerdə olan “Nyuellz Old Boyz” da azarkeşlərinə böyük məyusluq yaşatdı. Evdə “Boka Xuniors”a uduzandan (1:3) sonra səfərdə “Defensa y Xustisiya”dan (0:1) da xal ala bilməyən “köhnə oğlanlar” qrupu 7-ci yerdə başa vurdular. “Defensa y Xustisiya” isə 3-cü yerin sahibi kimi 1/4 finala çıxdı.

“Boka Xuniors” səfərdə “Nyuellz Old Boyz”a qalib gələndən sonra “Estudiantes” ilə 27-ci dəqiqədə dayandırılan daha bir səfər oyununda minimal hesabla uduzdu. “Qodoy Kruz” ilə həlledici matçda Kavaninin vurduğu yeganə qol ölkə nəhənginin B qrupunu 4-cü yerdə bitirməsinə şərait yaratdı.

Beləliklə, LK-nin 1/4 finalında cütlər belə formalaşdı: “Arxentinos Xuniors” – “Defensa y Xustisiya”, “Qodoy Kruz” - “Veles Sarsfild”, “Estudiantes” – “Barrakas Sentral”, “River Pleyt” - “Boka Xuniors”. Bu mərhələnin bir oyundan ibarət olacaq matçları aprelin 21-də keçiriləcək.

qrup mərhələsi, 13-cü tur
Arxentinos Xuniors - Veles Sarsfild 0:0
Talyeres de Kordoba - İndependyente Rivadaviya 1:1
Bou, 37 - Kastro, 27.
Barrakas Sentral - İnstituto 3:2
Kantero, 38. Broçero, 56. Brisuela, 58-öz qapısına - F.Suares, 80. İnsua, 85-öz qapısına.
River Pleyt - Rosario Sentral 2:1
Borxa, 67; 87 – Cakkone, 14.
Banfild - İndependyente 0:1
Kinyones, 40-p.
Qodoy Krus - Sarmyento 1:0
Koneçni, 60.
Rasinq - Lanus 2:0
A.Martines, 6. Solari, 56.
Nyuellz Old Boyz - Boka Xuniors 1:3
X.Fernandes, 88 – Medina, 28. Lanqoni, 55. Senon, 90.
San Lorenso - Defensa y Xustisiya 0:2
Kannavo, 47. N.Fernandes, 51-p.
Estudiantes - Sentral Kordoba 5:0
T.Palasios, 9; 56. Karrilyo, 30. Setre, 49. Korrea, 72.
Union - Belqrano 1:2
Pitton, 27 – Xara, 3; 24-p.
Atletiko Tukuman - Ximnasiya 3:2
Baxamiç, 38; 80. İnfante, 59 – E.Ramires, 25. Salasar, 90+3.
Deportivo Riestra - Atletiko Urakan 0:0
Platense - Tiqre 3:1
Talyamonte, 5-öz qapısına. Pelleqrino, 53-p.; 90+6 – Eskivel, 45+4.

11-ci turun yarımçıq qalan oyunu
Estudiantes - Boka Xuniors 1:0
X.Korrea, 67.

14-cü tur
Arxentinos Xuniors - Barrakas Sentral 3:3
Leskano, 18. Xose Errera, 21. M.Romero, 40 – Salasar, 1. Demartini, 68. Tolosa, 90+2.
İndependyente - Talyeres de Kordoba 2:2
Spörle, 34. Kanelo, 45+7-p. – Xirotti, 50. Benavides, 52.
İnstituto - River Pleyt 1:3
Puebla, 26-p. – Kolidio, 57; 62; 73.
İndependyente Rivadaviya - Veles Sarsfild 0:1
Pitsini, 41.
Tiqre - Union 0:1
Moskuera, 66.
Atletiko Urakan - Atletiko Tukuman 4:0
Karriso, 4; 69. Pussetto, 21; 43-p.
Sarmyento – Platense 0:1
Saborido, 40.
Ximnasiya - Banfild 1:2
F.Sançes, 6 – İ.Rodriges, 74. M.Ximenes, 76.
Sentral Kordoba - San Lorenso 0:0
Boka Xuniors - Qodoy Krus 1:0
Kavani, 40.
Lanus – Estudiantes 1:2
Munyos, 22 – Karrilyo, 77; 90+6.
Defensa y Xustisiya - Nyuellz Old Boyz 1:0
S.Ramos, 65.
Belqrano – Rasinq 0:4
Salas, 9. A.Martines, 18. R.Martines, 87. B.Rodriges, 90.
“Rosario Sentral” – “Deportivo Riestra” oyunu gec başa çatıb.

A qrupu
Yekun cədvəl
1. River Pleyt 14 7 6 1 26-10 27
2. Arxentinos Xuniors 14 7 5 2 25-14 26
3. Barrakas Sentral 14 7 5 2 20-15 26
4. Veles Sarsfild 14 7 4 3 14-13 25
5. Talyeres de Kordoba 14 6 6 2 24-16 24
6. İndependyente 14 6 5 3 14-10 23
7. İnstituto 14 5 2 7 18-17 17
8. Banfild 14 4 5 5 14-15 17
9. Atletiko Urakan 14 4 4 6 12-12 16
10. Ximnasiya 14 5 1 8 18-23 16
11. Rosario Sentral 13 4 2 7 9-17 14
12. Deportivo Riestra 13 3 3 7 7-15 12
13. Atletiko Tukuman 14 1 7 6 8-23 10
14. İndependyente Rivadaviya 14 2 2 10 13-25 8

B qrupu
Yekun cədvəl
1. Qodoy Krus 14 9 2 3 16-6 29
2. Estudiantes 14 8 3 3 19-9 27
3. Defensa y Xustisiya 14 7 5 2 17-13 26
4. Boka Xuniors 14 7 4 3 20-12 25
5. Rasinq 14 7 3 4 24-11 24
6. Lanus 14 7 2 5 20-14 23
7. Nyuellz Old Boyz 14 6 3 5 13-15 21
8. Union 14 5 5 4 16-14 20
9. Platense 14 4 6 4 10-14 18
10. San Lorenso 14 3 7 4 10-14 16
11. Belqrano 14 3 5 6 19-21 14
12. Sentral Kordoba 14 2 5 7 10-20 11
13. Sarmyento 14 2 3 9 9-19 9
14. Tiqre 14 1 2 11 7-25 5
Bombardirlər: Borxa (River Pleyt), A.Martines (Rasinq) - 12, İ.Ramires (Nyuellz Old Boyz) - 8.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla