““Togg”un yeni SUV modeli “T8X” gələn ilin bu vaxtlarına qədər hazır olacaq”.
Demokrat.az xəbər verir ki, bu sözləri “Togg” şirkətinin SEO-su Gürcan Qaraqaş bildirib.
Onun sözlərinə görə, avtomobilin “T10X”versiyası iyul aylarında "məhdud sayda" satışa çıxarıla biləcər:
"Bu ilin sonundan etibarən Avropada mərhələli şəkildə yer əldə etmək üçün fəaliyyətimizi davam etdiririk. Artıq 2021-ci ilin may ayında “TOGG Europe GmbH” şirkəti qurmuşuq və hazırda inkişaf edirik.
Avropada “T10X” modelinin satışı bu ilin sonunda başlayacaq. Yeni SUV model “T8X” isə 2025-ci ildə satışa çıxarılacaq. Təxminən gələn ilin bu vaxtlarında satış planlaşdırılıb”.
Aysu
Demokrat.az