AZ

Beynin sevdiyi çay– Qızarmış çay



Yapon alimləri beyinə ən yaxşı təsir edən çayı tapıb.


“Medicina” xəbər verir ki, onlar yeni tədqiqatda 18-30 yaşlı 23 kişini təhlil ediblər.


İştirakçılar hər günişdə və evdə keçirdikləri stresin səviyyəsini və yorğunluq dərəcələrini qeyd ediblər.


Sonra onları 3 qrupa bölüblər. Bir qrupa sadəcə çay plasebo, ikinciyə yaşıl çay, digər qrupa yaşıl çayın qızardılmış növü verilib.


Bu çayın hazırlanması zamanı çay yarpaqları farfor qabda qızardılır. Nəticədə qəhvəyi rəng və fərqli dad alınır.


Bu çayları içdikdən sonra qruplara əqli iş və tapşırıq verilib.

Daha sonra koqnitiv bacarıq və stresi ölçən testlər aparılıb.

Bütün eksperiment boyu iştirakçıların fizioloji reaksiyaları, beynin aktivliyi, qanda oksigen, ürək ritmi, təzyiq ölçülüb.

Nəticələr göstərib ki, qızardılmış yaşıl çaydan hazırlanmış içkini içənlər digərlərinə nisbədən daha yüksək bacarıq göstəriblər.


Aygün M

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla