AZ

“Hər kəs bilsin ki, ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir” - BAYDEN

ABŞ və müttəfiqləri Tehrana və onun havadarlarına qarşı məhdudiyyətlər qoymağa davam edəcək.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Mən komandamı, o cümlədən Maliyyə Nazirliyini İranın hərbi sənayesini daha da zəiflədəcək sanksiyaları davam etdirməyə yönəltmişəm. Qoy, İranın hücumlarını təmin edən və ya dəstəkləyən hər kəsə aydın olsun ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir. Biz hərbçilərimizin və tərəfdaşlarımızın təhlükəsizliyinə sadiqik. Sizi məsuliyyətə cəlb etmək üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”, – Bayden qeyd edib.

Azpost.info

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla