AZ

Hüquqşünasların nəzərinə!

Hüquq sahəsində məqalə dərc edən jurnallarla əlaqədar hüquqşünaslar arasında sorğu Hüquq və İnsan Haqları İnstitutu tərəfindən keçirilir.

Bu barədə e-huquq.az-a İnstitutdan məlumat verilib.

Sorğunun məqsədi ölkəmizdə dərc edilən hüquq jurnalları barədə hüquqşünasların fikir, təklif və iradlarını bir araya toplamaqdan və daha sonra hüquq sahəsində dərc edilən jurnalların vahid elektron bazasını yaratmaqdan ibarətdir.

Sorğu linki: https://forms.gle/CzvWZYqqyviV7hi2A

Sorğuda iştirak etmək üçün son tarix: 26 aprel 2024-cü il

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla