AZ

ABŞ İsrailə görə İrana sanksiyalar tətbiq etdi

“Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə keçən həftənin sonunda İsrailə hücumuna görə İrana qarşı sanksiyalar tətbiq edir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“İran İsrailə qarşı dünyanın ən böyük raket və pilotsuz təyyarə hücumlarından birini həyata keçirdi. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə ABŞ İsraili müdafiə etdi. Biz bu hücumu dəf etməyə kömək etdik və bu gün biz İranı məsuliyyətə cəlb edir, sanksiyalar tətbiq edirik. Hücumdan sonra səhər G7 liderlərimə dediyim kimi, biz İrana iqtisadi təzyiqi artırmaq üçün kollektiv şəkildə hərəkət etmək niyyətindəyik”, – Bayden deyib.

Azpost.info

Seçilən
97
50
Mənbələr
Şərh ()
Bağla