AZ

Gürcüstanda torpaq sürüşməsi baş verib

Tbilisi, 18 aprel, AZƏRTAC

Gürcüstanın qərbində, Zuqdudi-Djavari-Mestia-Lasdili avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə avtomagistral tam bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilir ki, hazırda yolun təmizlənməsi və avtomobillərin hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

Torpaq sürüşməsinin daha hansı fəsadlar törətməsi barədə məlumat verilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
69
7
Mənbələr
Şərh ()
Bağla