AZ

3 komanda itkisiz irəliləyir

Əsas mərhələsinə aprelin 2-də start verilən Libertadores Kubokunun (LK) qrup mərhələsinin 2-ci turunda ayın 9-11-i aralığında növbəti 16 oyun keçirildi.

“Football-plus.az” xəbər verir ki, Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin 2024-cü il mövsümündə hələ ki 3 komanda itkisiz irəliləyir.

Amma onlar arasında son çempion yoxdu. A qrupunda yarışan “Fluminense” yeni mövsümə Peruda “Alyansa Lima” ilə 1:1 hesablı heç-heçə ilə start vermişdi. Fernando Dinizin komandası 2-ci turun ev oyununda “Kolo Kolo”ya 2:1 hesabı ilə qalib gələrək liderliyi ələ keçirdi.

Hesabat turunda qeydə alınan nəticələrdən sonra yalnız 3 komandanın ilk iki oyuna maksimum xal qazandığı məlum oldu. Belə nəticə göstərənlər E qrupunda “Bolivar” (Boliviya), G qrupunda “Atletiko Mineyro” (Braziliya) və H qrupunda yarışan “River Pleyt”di (Argentina).

Diqqəti cəlb edən bir sıra göstəriciləri qeyd etmək zəruridi. “Bolivar”ın iki oyunda xal itirməməsi yeni mövsümün erkən sürprizi sayıla bilər. “Qremio” (Braziliya) ilə “Botafoqo”nun (Rio de Janeyro, Braziliya) hələ xal qazana bilməyən komandalar sırasında olması da gözlənilməz faktlardı.

qrup mərhələsi, 2-ci tur
A qrupu
Fluminense (Braziliya) - Kolo Kolo (Çili) 2:1
Markinyos, 5. Kano, 52 – Payva, 19.
Serro Portenyo (Paraqvay) - Alyansa Lima (Peru) 1:0
Karriso, 90+6.
1. Fluminense 2 1 1 0 3-2 4
2. Kolo Kolo 2 1 0 1 2-2 3
3. Serro Portenyo 2 1 0 1 1-1 3
4. Alyansa Lima 2 0 1 1 1-2 1

B qrupu
San Paulu (Braziliya) - Kobresal (Çili) 2:0
Andre Silva, 82. Kalyeri, 88.
Barselona (Ekvador) - Talyeres de Kordoba (Argentina) 2:2
D.Dias, 28; 57-p. – Cirotti, 45. X.Rodriges, 90+6.
1. Talyeres de Kordoba 2 1 1 0 4-3 4
2. San Paulu 2 1 0 1 3-2 3
3. Barselona 2 0 2 0 3-3 2
4. Kobresal 2 0 1 1 1-3 1

C qrupu
Qremio (Braziliya) - Uaçipato (Çili) 0:2
Loyola, 13. Montes, 45+6.
Estudiantes (Argentina) - Stronqest (Boliviya) 2:1
Karrilyo, 65. Setre, 81 - Triverio, 21.
1. Uaçipato 2 1 1 0 3-1 4
2. Estudiantes 2 1 1 0 3-2 4
3. Stronqest 2 1 0 1 3-2 3
4. Qremio 2 0 0 2 0-4 0

D qrupu
Xunior (Kolumbiya) - Universitario (Peru) 1:1
Kaysedo, 44 – Korso, 22.
LDU Kito (Ekvador) - Botafoqo (Rio de Janeyro, Braziliya) 1:0
Alsuqaray, 4.
1. Xunior 2 1 1 0 4-2 4
2. Universitario 2 1 1 0 3-2 4
3. LDU Kito 2 1 0 1 2-2 3
4. Botafoqo RJ 2 0 0 2 1-4 0

E qrupu
Flamenqo (Braziliya) - Palestino (Çili) 2:0
Pedro, 21. Leo Ortis, 85.
Bolivar (Boliviya) - Milyonarios (Kolumbiya) 3:2
Xose Saqredo, 3. Fransisko da Kosta, 10. Bruno Savio, 34 - L.Kastro, 45+1; 72-p.
1. Bolivar 2 2 0 0 7-2 6
2. Flamenqo 2 1 1 0 3-1 4
3. Milyonarios 2 0 1 1 3-4 1
4. Palestino 2 0 0 2 0-6 0

F qrupu
İndependyente del Valye (Ekvador) - San Lorenso (Argentina) 2:0
Sornosa, 13-p. Oyos, 45+1.
Palmeyras (Braziliya) - Liverpul (Uruqvay) 3:1
Moreno, 45+5. X.Lopes, 58. Estevao, 66 – Rosso, 3.
1. Palmeyras 2 1 1 0 4-2 4
2. İndependyente del Valye 2 1 1 0 3-1 4
3. Liverpul 2 0 1 1 2-4 1
4. San Lorenso 2 0 1 1 1-3 1

G qrupu
Atletiko Mineyro (Braziliya) - Rosario Sentral (Argentina) 2:1
Qustavo Skarpa, 39. Paulinyo, 77 – Malkorra, 74.
Penyarol (Uruqvay) - Karakas (Venesuela) 5:0
Silvera, 16; 25; 64. Mendes, 32. Darias, 64.
1. Atletiko Mineyro 2 2 0 0 6-2 6
2. Penyarol 2 1 0 1 5-1 3
3. Rosario Sentral 2 1 0 1 2-2 3
4. Karakas 2 0 0 2 1-9 0

H qrupu
Libertad (Paraqvay) - Deportivo Taçira (Venesuela) 3:0
Sanabriya, 32. Melqarexo, 39. Agilar, 78.
River Pleyt (Argentina) - Nasyonal (Uruqvay) 2:0
Eçeverri, 15. Kolidio, 90+3.
1. River Pleyt 2 2 0 0 4-0 6
2. Libertad 2 1 0 1 3-2 3
3. Nasyonal 2 1 0 1 2-2 3
4. Deportivo Taçira 2 0 0 2 0-5 0
Bombardirlər: Fransisko da Kosta (Bolivar), Paulinyo (Atletiko Mineyro), Silvera (Penyarol) - 3.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla