AZ

Putin planlardan danışdı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, vətəndaşların gəlirlərinin artırılması bütün ölkənin, xüsusilə Krımın qarşısında duran vəzifədir.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Krımın rəhbəri Sergey Aksenovla görüşündə Putin vurğulayıb ki, vətəndaşların gəlirlərinin artırılması ölkənin, regionların və bütövlükdə hökumətin qarşısında duran vəzifədir.

 

Prezident hesab edir ki, Krım üçün bu məqsəd xüsusi diqqət tələb edən məqsəddir.

 

O, bu problemin yalnız kompleks şəkildə həll oluna biləcəyini də vurğulayıb.

 

Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyasının Dövlət Duması işəgötürənləri ilin sonunda inflyasiya səviyyəsini iki dəfə artırmaq üçün işçilərin maaşlarını indeksləşdirməyə məcbur etmək təşəbbüsü ilə çıxış edib.

 

Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi Leonid Slutskinin rəhbərlik etdiyi LDPR fraksiyası tərəfindən təqdim edilmək üçün hazırlanıb.

 

Nigar

 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla