AZ

“Hər gün daha da əmin oluruq ki, Bakı ilə...” – Zaxarova

ABŞ Avropa Birliyi (AB) missiyası vasitəsilə Cənubi Qafqaza NATO qüvvələrini cəlb edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kanada nümayəndəsinin müşahidəçilərə qoşulmasını şərh edərkən deyib.

“Yerlərdə insidentlərin qarşısının alınması baxımından AB-nin mövcudluğunun tam səmərəsizliyini bildiririk. Hər gün daha çox əmin oluruq ki, Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsində AB-nin heç bir müsbət töhfəsi yoxdur”, - Zaxarova deyib.

Əksinə, onun sözlərinə görə, AB-nin nümayəndələri müxtəlif təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar, təbliğat aparırlar. Zaxarova Cənubi Qafqaza kənar müdaxilələrin region dövlətlər tərəfindən qəbul edilmədiyini vurğulayıb.

“Anladığımız qədər Ottavanın AB missiyasına qoşulması məsələsi artıq praktiki müstəviyə keçib. Bu günlərdə Kanadadan saxta mütəxəssis Ermənistana gəlib. Belə bir həllin əlavə dəyərinin nə olduğu, ermənilərin nə qədər tələb etdiyi bəlli deyil. Qoy özləri şərh versinlər”, - Zaxarova bildirib.

Rusiya rəsmisi hesab edir ki, ABŞ AB missiyasından NATO qüvvələrini regiona cəlb etmək üçün istifadə edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla