AZ

Klopp “Atalanta” ilə cavab oyunu haqda: “Bu, böyük fərqdir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 finalının “Atalanta” ilə cavab səfər oyunu haqda danışıb.

Arena.az xatırladır ki, “Enfild”də keçirilmiş ilk oyunda “Atalanta” “Liverpul”u 3:0 hesabı ilə kötəkləmişdi.

“0:3 hesabı ilə geridə olduğun oyuna yanaşmaq asan deyil. Cavab oyunu daha da çətin olacaq, çünki onların ümumiyyətlə qol vurmağa ehtiyacları yoxdur və nə etmək istədiklərini dəqiq bilmirəm.

“Atalanta” keçsə, təbrik edirəm, onlar buna layiqdirlər, yoxsa, o zaman xüsusi bir şey baş verəcək, amma hazırda bunun mümkün olub-olmadığını bilmirəm”, – “Liverpul”un mətbuat xidməti alman mütəxəssisdən sitat gətirir.

Yurgen Klopp bu oyunu “Liverpul”un 2019-cu ildə Çempionlar Liqasının yarımfinalında “Barselona”ya qarşı keçirdiyi oyunla müqayisə edib.

Xatırladaq ki, onda “qırmızılar” “Barselona”ya səfərdə 0:3 hesabı ilə məğlub olsalar da, doğma meydanda 4:0 hesabı ilə qələbə qazanıb “blauqrana”nı mübarizədən kənarlaşdırmışdılar. Daha sonra isə “Liverpul” həmin yarışın qalibi olmuşdu.

“Oxşarlıq nədədir? Hesabda. Ancaq oyunlar tamamilə fərqlidir. Barselonada əla oynadıq, amma uduzduq və bunun səbəbini heç kim bilmirdi. “Atalanta”ya eyni hesabla uduzduq, amma oyunun keyfiyyəti “Barselona” ilə ilk oyundan xeyli aşağı idi. Onda səfərdə uduzmuşduq, amma burada evdə. Bu, böyük fərqdir. Ancaq burada müqayisə ediləcək bir məqam yoxdur. İtaliyada qələbə qazanmağa çalışacağıq, bu qədərdir”, – “Liverpul”un mətbuat xidməti Klopdan sitat gətirir.

Xatırldaq ki, “Atalanta” “Liverpul”u cavab oyunu çərçivəsində bu gün Berqamodakı “Geviss” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla