AZ

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

Polşa

Bakı, 18 aprel, AZƏRTAC

Polşanın paytaxtı Varşava şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi, onun aparatı və Polşa İşəgötürənlər Assosiasiyasının rəhbərlik etdiyi 5 əczaçılıq şirkəti ilə təmsil olunan nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC agentliyin məlumatına istinadla xəbər verir ki, görüşdə tərəflər Polşanın strateji sahəsi olan səhiyyə sektorunda tətbiq olunan təcrübələrin ölkəmizdə inkişaf etdirilməsi imkanlarını müzakirə edib, iştirakçılar arasında bu sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir zamanı Azərbaycandakı sənaye zonaları və məhəllələr, Ələt Azad İqtisadi Zonası, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, “invest.gov.az” veb-səhifəsi haqqında təqdimatlar nümayiş olunub.

Bununla yanaşı, Azərbaycanda səhiyyə sahəsində mövcud qanunvericilik və aparılan islahatlar, tibb sahəsində idxaldan aslılığın azaldılması istiqamətində görülən işlər barədə ətraflı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar, o cümlədən əczaçılıq sənayesinin inkişafı polşalı nümayəndə həyəti tərəfindən maraqla qarşılanıb.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla