AZ

“Abşeron” ilk setdə üstün olub

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, Yüksək Liqada finala son vəsiqənin sahibi GİN-in Voleybol Mərkəzində sahibini tapacaq.

“Murov Az Terminal” “Abşeron”la görüşəcək. Sonuncular ilk qarşılaşmadakı üstünlüyünü qorumağa çalışacaqlar. Birincilər isə revanş üçün meydana çıxacaqlar.

Qeyd edək ki, digər yarımfinalda “Azərreyl” “Gəncə”dən üstün olub – 3:0, 2:3.

Yüksək Liqa, qadınlar
Yarımfinal, 2-ci oyun
18 aprel

18:00. “Murov Az Terminal” - “Abşeron” - 0:1 (21:25, 0:0)
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 1:3 (26:24, 15:25, 19:25, 22:25)

İdman.biz

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla