AZ

Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) arasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.

“İki sahil”in İqtisadiyyat Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və AQEM-in Baş katibi Kayrat Sarıbay arasında aparılıb.

Görüşdə AQEM-də sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.

Tərəflər Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu Biznes Forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.

Seçilən
62
9
Mənbələr
Şərh ()
Bağla