AZ

Bu məktəbin direktor müavini töhmət aldı -SƏBƏB    

211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini töhmət alıb.

 

Bu barədə həmin məktəbdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, məktəbin həyətyanı sahəsində ağac və gül kollarının əkilməsi ilə bağlı təşəbbüslə əlaqədar maarifləndirmə zamanı yol verdiyi yanlışlığa görə 211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Balıyevanın izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi töhmət verilib.       

 

Təhsil müəssisələrində məktəb-icma münasibətlərinin sağlam müstəvidə inkişafı və valideynlərin kütləvi tədbirlərdə könüllü iştirakının təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla