AZ

Kuçerov və Makdevid 100 həddinə çatıb

NHL tarixində 2-ci dəfə 2 hokkeyçi bir mövsümdə 100 ötürmə edib.

İdman.biz xəbər verir ki, Nikita Kuçerov (“Toronto”) və Konnor Makdevid (“Edmonton”) 1988/89 mövsümündəki nəticəni təkrarlayıb.

Bu hokkeyçilər müntəzəm çempionatda 100 ötürmə ediblər. Ueyn Qretski və Mario Lemye 35 il əvvəl bir mövsümdə 114 ötürmə ilə yadda qalıblar.

Qeyd edək ki, Kuçerov 44 qol və 100 ötümə ilə bombardirlər yarışına başçılıq edib. Makdevid 132 xalla (32+100) siyahıda 3-cü olub.

İdman.biz

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla