AZ

Argentina NATO-ya üzv olmaq üçün müraciət edib

...Argentina qlobal tərəfdaş kimi NATO alyansına qoşulmaq üçün müraciət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,Argentinanın müdafiə naziri Luis Petri bu barədə X-də bildirib.

Respublikanın Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, hərbi-siyasi blokun baş katibi Yens Stoltenberq Argentinadan ölkənin alyansa üzvlüyünə beynəlxalq tərəfdaş kimi baxılması xahişi ilə rəsmi məktub alıb.

Yada salaq ki, Argentina prezidenti Xavyer Miley dəfələrlə ABŞ və digər Qərb ölkələrinin siyasətini dəstəklədiyini bildirib.

O, həmçinin NATO ilə yaxınlaşmaq arzusunu ifadə edib.

Qeyd edək ki, bu yaxınlarda Argentina lideriamerikalı iş adamı Elon Musk ilə sahibkarın şirkətləri ilə iqtisadi əməkdaşlığı müzakirə etmək üçün görüşüb.

Nazlı

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla