AZ

Sülhməramlıların Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var - ŞƏRH

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərketmələri, şübhəsiz ki, ilk növbədə nəyin necə və nə vaxt edilməsinihər kəsdən yaxşı bilən, ölkəmizin milli maraqlarının qorunması vətəmin olunması, strateji müttəfiqlərinin və tərəfdaşlarınınseçilməsi istiqamətində sistemli və qətiyyətli siyasət yürüdənPrezident İlham Əliyevin növbəti uğurudur. Bu, eyni zamandaAzərbaycanla Rusiya arasındakı əlaqələrin dövlətlərin suverenhüquqlarına münasibətdə qarşılıqlı hörmətə və etimada söykəndiyiningöstəricisi kimi dəyərləndirilə bilər.

Bunu Trend-ə siyasi şərhçiElçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, Rusiya sülhməramlıkontingentinin müvəqqəti dislokasiya olunduqları Azərbaycanərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylıfaktorlar var və bu faktorların formalaşmasında Azərbaycanın 10noyabr 2020-ci il bəyanatı, həmçinin beynəlxalq hüququn norma vəprinsipləri çərçivəsində yürütdüyü siysasət, eləcə də regiondadavamlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi səylər, bütünaspektlərdən məsuliyyətli və sistemli davranışar müstəsna roloynayıb.

"Qeyd edim ki, 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından,eləcə də bu bəyantdan irəli gələn razılaşmaların əldə olunmasındansonra, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinəyetirib, Qarabağın bir neçə rayonunda məskunlaşan erməni azlığınıncəmiyyətimizə reinteqrasiya etmələri üçün maksimum səy vədözümlülük nümayiş etdirib, öz suveren hüquqları çərçivəsində bütünhüquqi və humanitar tədbirlərin həyata keçirilməsi üçün əlverişlişərait yaradıb, müharibədə qalib gəlməsinə baxmayaraq, sülhmüqaviləsinin təşəbbüskarı kimi çıxış edib, əzici üstünlüyə sahibolmasına rəğmən, çağdaş dünyanın reallıqlarında çoxlarına nümunəola biləcək, dinc birgəyaşayışa xidmət edən ləyaqətli və kifayətqədər tolerant davranışlar sərgiləyib.

Bunun qarşılığında isə, Ermənistan 10 noyabr 2020-ci bəyanatı vədigər razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birininəinki yerinə yetirməyib, hətta regiondan kənar qüvvələrdən dəstəkalmaqla təxribatlarını davam etdirib.

Nəticədə Azərbaycan, təxminən 3 illik səbr və dözüm nümayişindənsonra mülki vətəndaşlarının təhlüksəziliyini təmin etməkistiqamətində ölkə konstitusiyasının tələblərinə və BeynəlxalqJumanitar Hüququn prinsiplərinə uyğun addımlar atmaqməcburiyyətində qalıb. Nəticədə, vətəndaşlıq statuslarından asılıolmayaraq, mülki sakinlərin təhlükəsizliyi maksimum təmin edilməkləgerçəkləşdirilən antiterror tədbirləri sayəsində işğalçı qüvvələrinvə qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazilərindəmövcudluğuna son qoyulub, həmin ərazilərdə Azərbaycanın legitimtəsisatlarının fəaliyyətinə imkan yaradılıb, təhlükəsizlik təminolunub. Lakin Azərbaycanın bütün hüquqi addımlarına, təqdim edilənreinteqrasiya planının real perspektivinə baxmayaraq, Qarabağınbəzi ərazilərində yaşayan və məskunlaşan erməni əhalininəhəmiyyətli hissəsi Azərbaycan ərazilərini könüllü şəkildə tərkediblər və Ermənistanın rəsmi şəxsləri, o cümlədən baş nazir NikolPaşinyan da bu hadisələr zamanı erməni azlığının təmsilçilərinəmünasibətdə hər hansı bir təzyiqin olmadığını etiraf edib", - obildirib.

O qeyd edib ki, hazırda real vəziyyət ondan ibarətdir ki,Azərbaycan işğaldan və separatizmin hərbi təzahürlərindən xilasedilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işlərihəyata keçirilir.

"Həmin ərazilərdə Azərbaycanın bütün dövlət qurumlarının müvafiqtəmsilçilikləri yaradılıb, təhlükəsizlik ən yüksək səviyyədə təminedilib. Ölkəmizin reinteqrasiya planı və bunun üçün yaradılankifayət qədər sadə prosedur ortalıqdadır. Yəni işğala qədərAzərbaycan ərazilərində doğulan və yaşayan, eləcə də onlarınvarisləri bu sadə prosedurlardan istifadə etməklə cəmiyyətimizəreinteqrasiya oluna bilərlər və onların digər Azərbaycanvətəndaşları kimi bütün konstitusion hüquqlarının qorunmasınatəminat verilir. Bu baxımdan da, Rusiyanın sülhmərmalı missiyasınınAzərbaycan ərazilində mövcudluğuna lüzum qalmır və onlar özmissiyalarını 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında göstərilənmüddətdən daha tez başa vurublar. Bu prosesin tez bir zamanda başaçatdırılması, təhlükəsizliyin tam təmin edilməsi isə, şübhəsiz ki,Azərbaycının uğuru hesab olunmalıdır.

Ermənistan isə daha öncə qeyd olunduğu kimi, 10 noyabr 2020-ciil bəyanatında yer alan öhdəliklərindən heç birini, o cümlədənAzərbaycan Respublikası ilə onun ayrılmaz hissəsi olan Naxçıvan MRarasında manesiz gediş-gəlişi təmin etmədiyi və bu istiqamətdəsiyasi iradə nümayiş etdirmək niyyətində olmadığı üçün sözügedənsənəd qüvvədən düşmüş hesab olunur. Bəyanatın Azərbaycanla Rusiyayaaid olan hisəsi isə, faktiki olaraq icra edilib və bu baxımdan dasülhməramlılar öz missiyalarını vaxtından əvvəl başa vuraraq,müvəqqəti dislokasiya olunduqları əraziləri tərk ediblər", - siyasişərhçi əlavə edib.

Məqalədə:
Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla