AZ

Mbappe “Barsleona” - PSJ matçından sonra davaya səbəb olub

UEFA Çempionlar Liqasının 1/4 finalının “Barsleona” ilə PSJ arasında keçirilmiş cavab oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

Arena.az xatırladır ki, ilk oyunda Parisdə 2:3 hesabı ilə məğlub olmuş PSJ, səfərdə “Barselona”nı 4:1 hesabı ilə məğlub edərək, yarışın yarımfinalına vəsiqə qazanıb.

“Mundo Deportivo” nəşrinin məlumatına görə, cavab oyunundan sonra PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin təxribatçı davranışı komandaların oyunçuları arasında qarşıdurma yaradıb.

Belə ki, oyundan sonra Mbappe meydanı tərk edərkən, özündənrazı halda səsini başına atıb: “Bu, futboldur, meydanda danışmaq lazımdır”. Bunu eşitmiş və acı məğlubiyyətin təsiri ilə hisslərini cilovlaya bilməmiş “Barselona” futbolçuları Mbappe ilə haqq-hesab çəkmək üçün tirbunalaraltı məkana yollanıblar. Hadisələrin sonrakı təfərrüatı haqda məlumat verilmir. Güman edilir ki, stadionun təhlükəsizlik xidməti münaqişənin böyüməsinin qarşısını alıb.

Cütün qalibi olmuş PSJ yarımfinal mərhələsində Dormund “Borussiya”sı ilə qarşılaşacaq.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla