AZ

“İsrailə atdığımız raketlər köhnə idi” – SEPAH komandanı

İsrailə cavab hücumu zamanı İran yalnız köhnə raketlərdən istifadə etdiyinə görə İsrail və Qərb silahlı qüvvələrini minimum səylə maksimum tədbirlər görməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bu iddianı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əmir Əli Hacızadə irəli sürüb.

“Biz köhnəlmiş silahlar və minimal resurslardan istifadə edərək İsrailə hücum etdik. Müasir raketlərdən istifadə etmədik. Öz tərəfimizdən minimum səy göstərməklə İsrail və Qərb düşərgəsini maksimum vasitələrdən istifadə etməyə məcbur etdik”, - iranlı general deyib.

Hacızadənin iddiasına görə, İranın arsenalında müasir raketlər də varmış, guya bunlardan bilərəkdən istifadə etməyiblərmiş.

SEPAH komandanı onu da qeyd edib ki, Təl-Əvivdən hücum olarsa, İran qoşunları İsrailin nüvə obyektlərinə zərbələr endirməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla