AZ

Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub

Hacıqabulda

Hacıqabul, 18 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonunda qatar qadını vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində dəmir yolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

Dəmir yolu xəttini keçmək istəyən İbrahimova Təhminə Əhəd qızını qatar vurub.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla