AZ

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar". 


Sfera.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna polisinin rəhbəri İvan Vıxovski Almaniya Federal Kriminal Polis İdarəsinin prezidenti Holqer Munxla görüşündə deyib.


Uşaq ombudsmanı Mariya Lvova-Belova Vıxovskinin bəyanatını şərh edərkən Kiyevin Rusiyaya deportasiya edilmiş on minlərlə azyaşlı haqqında dediklərini mifoloji sistem adlandırıb.

 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Rusiyanı uşaqları ölkədən qeyri-qanuni çıxarmaqda ittiham edir, Moskva isə bu barədə bütün ittihamları rədd edir.

 

Əzizə

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla