AZ

Pomidor ixracı artıb

Bu ilin yanvar-mart ayları ərzində ölkədən 45 milyon ABŞ dolları dəyərində 32,1 min tondan çox pomidor ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 44,5 faiz və ya 13,8 milyon dollar, həcmi isə 31,2 faiz və ya 7,6 min ton artıb.

Cari ilin fevral ayına nisbətdə isə martda pomidorun ixrac dəyəri 12,2 faiz və ya 1,6 milyon dollar, həcmi isə 5,6 faiz və ya 549,2 ton artaraq müvafiq olaraq 15 milyon dollar və 10,4 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin ilk rübündə pomidorun ümumi ixracda xüsusi çəkisi 0,75 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 6,69 faizə bərabər olub.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla