AZ

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirildi — FOTO

Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Demokrat.az-ın məlumatına görə, tədbir gömrük sistemində həyata keçirilən təkmilləşdirmələr, tətbiq edilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Görüşdə biznes subyektlərinə gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması, könüllü riayət prinsipinin formalaşdırılması, xarici ticarət iştirakçıları ilə əlaqələrin vahid elektron platforma üzərindən qurulması, xidmətlərin əlçatanlığının artırılması istiqamətində görülən işlər, rəsmiləşdirilmə, sərhədkeçmə proseslərində aparılan təkmilləşdirilmələrlə bağlı məlumat verilib.

Həmçinin mövsümi kənd təsərrüfatı məhsullarının ixracı zamanı gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla