AZ

Türkiyəli professor: "Rusiyanın Qarabağdan sülhməramlılarını çıxarması bunun nəticəsidir"

Son illərdə Azərbaycan və Türkiyənin Rusiya ilə münasibətləri son dərəcə müsbət istiqamətdə inkişaf etməyə davam edir.

Bu fikirləri herbiand.az saytına açıqlamasında Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Platformasının sədri professor İbrahim Öztek bildirib:

“Rusiya da münasibətlərin inkişafına hörmət göstərmək məcburiyyətindədi. Ukrayna müharibəsində və Suriyada Türkiyə və Azərbaycanın ən azından neytral mövqe tutması Rusiyanın əlini gücləndirdi”.

            Professor İbrahim Öztek qeyd edib ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında fəaliyyət göstərəcəyi görünsə də, Azərbaycan və Türkiyə buraya böyük investisiyalar yatırmağı planlaşdırıb:

“Bu qapı türkün doğuya, yəni Orta Asiyaya açılan qapısı olacaq. Zəngəzur dəhlizinin açılması həm də Rusiya üçün xüsusi bir avantajdır. Bu gün Rusiya Türkiyədə yüksək texnoloji və müasir atom elektrik stansiyası tikir. Türkiyəyə ən çox turist Rusiyadan gəlir. Türkiyə ən çox sitrus meyvələrini Rusiyaya ixrac edir. Bu əlaqələr artdıqca, dövlət başçıları bir-biri ilə şəxsi münasibətləri inkişaf etdikcə bu əlaqələrdən əvvəlcə Azərbaycan və Türkiyə, sonra isə türk dünyası faydalanacaq. Təbii ki, Rusiyanın da maraqlarının payı buna uyğun olacaq. Rusiyanın Qarabağdan sülhməramlılarını çıxarması da bu xoş niyyətli münasibətlərin nəticəsidir”.

Emin ŞİRVANZADƏ

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla