AZ

Hansı növ unların tərkibi dəmirlə zənginləşdirilməlidir? (ŞƏRH)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib ki, Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq.

Hansı unların tərkibinin dəmirlə zənginləşdirilməsinə ehtiyac var?

Bu haqda Valyuta.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, bu gün mağazaların rəflərində zavod çörəyi adlanan çörəkləri daha çox görürük. Tam buğda unundan, çovdar unundan hazırlanan çörəklərə isə az rast gəlinir. Çünki tələbat yoxdur və ya çox azdır. Tələbat olmadığına görə də insanlar bu “əla növ” undan hazırlanan, vitaminlərdən, dəmirdən tərkibi təmizlənmiş undan hazırlanmış çörəyə daha çox üstünlük verirlərsə, tələbat varsa, belə olan halda unun tərkibinin zənginləşdirilməsi də məqsədə uyğundur:

“Yəni, ya tam buğda unundan istifadə olunmalı, ya da bu növ unların tərkibi zənginləşdirilməlidir.

Un boş karbohidrat sayılır. Çünki emal prosesində onun tərkibindən vitamin və minerallar azalır. Tam buğda unundan hazırlanan çörəyi yeyən insanlar da azdır. İnsanlar bu mövzu da maarifləndirilməlidir. Onlara belə buğdadan hazırlanan unun faydalarını başa salmaq lazımdır. O zaman da buna tələbat artar, yerli buğda daha çox əkilər”.

Ekspert qeyd edib ki, müəyyən iqlim və emal prosesindən sonra rüşeym, kəpək qismindən ayrılan un müəyyən vitamin itkilərinə məruz qalır ki, bu da sağlamlığa zərər verir:

“Qidaların tərkibibndə də dəmirin az olması insanlarda qan azlığına (anemiya) gətirib çıxarır.

Aqta bu addımı da, yəni unun tərkibinin dəmirlə zənginləşdirlməsini də buna görə atıb.

Əslində bu bəyənilən addımdır, amma nəzərə almalıyıq ki, bizim torpaqlarımız ənənəvi sortlarımız yetişdirmək üçün əlverişlidir.  İdxaldan asılılığı azaltmalıyıq.

Hətta biz bununla bağlı köhnə, Sovet vaxtında çəkilən filmlərimizdə də görürük. Əgər biz belə buğdaları o dövrdə əkmişiksə, indi də belə buğda, arpa əkə bilərik.

O ki, qaldı buğdanın üyüdülməsinə, su itkisinin qarşısını almaq üçün belə dəyirmalara ehtiyac yoxdur. Amma günəş enerjisi ilə işləyən dəyirmanlardan istifadə etmək olar”.

“Mən bir vətəndaş olaraq isə xarici sortlardan alınmış, üyüdülmə zamanı tərkibindən rüşeymlər, vitaminlər, mikronutriyentlər ayrılmış buğda sortlarından olan unlardan istifadə etməkdənsə, yerli sortlardan olan buğdadan alınan unlardan istifadə etsək daha yaxşıdır” – ekspert əlavə edib.

Davud

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla