AZ

Səhər yeməyindən əvvəl idman etsəniz ... - FOTO

Səhər yeməyindən əvvəl idman etsəniz daha sürətli arıqlaya bilərsiniz.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, səhər saat 7-dən 9-a qədər ac halda fiziki fəallıq sürətli və effektiv çəki itkisini təmin edir.

ABŞ-nin Franklin Pierce Universitetinin alimləri bu qənaətə gəliblər.

Onların apardığı tədqiqatın nəticələri "Obesity" jurnalında (The Obesity Society's Journal) dərc edilib.

Alimlər kilo vermək istəyən 5 000 nəfərin idman fəaliyyəti barədə məlumat toplayıblar.

İştirakçıların nə vaxt idman etdiyini izləmək üçün onlara müşahidə dövrü ərzində xüsusi idman qolbaqları taxıblar.

Təcrübədən sonra tədqiqatçılar iştirakçıların nə qədər kilo verdiyini qeyd ediblər.

Məlum olub ki, ac halda səhər məşqləri etmək (saat 7-dən 9-a qədər) daha səmərəli kilo verməyə kömək edir.

Alimlər onu da bildiriblər ki, gecə aclıqdan sonra əzələlərin yanacaq kimi istifadə etdiyi qlükoza səviyyəsi azalır.

Bu o deməkdir ki, idmanla məşğul olmaq üçün orqanizmdəki enerji əsasən mövcud yağ ehtiyatlarından qaynaqlanır.

Tədqiqatçıların fikrincə, çəki atmaq üçün səhər məşqləri uzun müddət davam etməməlidir. Yağları əritmək üçün 40 dəqiqəlik qaçış və velosiped sürmək kifayətdir.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla