AZ

Arteta "Arsenal"ın məğlubiyyətini ŞƏRH ETDİ: "14 ildir ki..." 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasındakı məğlubiyyətini şərh edib.

 

Sfera.az xəbər verir ki, mütəxəssis klubun 14 ildir ki, 1/4 finala çıxmadığını bildirib:

 

"14 ildir ki, Çempionlar Liqasının 1/4 finalına çıxmırıq. Bunun bir səbəbi olmalıdır. Biz nəticələrimizi yaxşılaşdırmaq üçün hər şeyi etmək istəyirik. Bunu öyrənməliyik. Ancaq bu, illər çəkəcək".

 

Xatırladaq ki, “topçular” 1/4 final mərhələsinin cavab oyununda “Bavariya”ya uduzub (0:1).

 

 

Qeyd edək ki, "Bavariya" - "Arsenal" matçı bir gün əvvəl, aprelin 17-də baş tutub. Komandalar Münhendəki (Almaniya) “Allianz Arena”da qarşılaşıblar. Görüşdə meydan sahibləri 1:0 (ümumi 3:2) hesabı ilə qalib gəlib.

 

Fatimə Lətif

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla