II Liqasında XXI tura yekun vurulub.
"Şəki Siti" doğma meydanda "Göygöl"ü qəbul edib.
Hesab 25-ci dəqiqədə açılıb. Son vaxtlar əla formada olan Tural Məmmədzadə yenə fərqlənib.
O, Yusif Dilanovun uzaq məsafədən endirdiyi zərbəyə reaksiya göstərən qapıçı Nicat Mahzmudovdan qayıdan topu tora göndərib və qol sevincini Kriştianu Ronaldo kimi qeyd edib.
Göygöllülər fasiləyədək hesabı bərabərləşdirə bilərdi. İki epizodda buna yaxın olsalar da, real fürsəti boşa veriblər.
İkinci yarıda da qol arayışına çıxan ev sahibləri 63-cü dəqiqədə istəyinə çatıb. Künc zərbəsi zamanı qapıçının topa çıxışda səhvindən yararlanan Ramin İsmayılov başla dəqiq oynayıb.
Növbəti hücumda isə top dirəkdən dönüb. Uzun toplarla həmlələr təşkil edən «Göygöl»ün cəhdləri nəticə verməyib.
Halbuki «Şəki»nin müdafiədə yol verdiyi səhvlər heç də az olmayıb. Qonaqlar elə fraqmentlərdə topu qapıya göndərə bilməyiblər ki…
Gözlərinizə inanmayacaqsız!
Zəhmət olmasa, aşağıda yerləşdirdiyimiz videoya baxın, qaçan epizodları görün. Liqanın yaşlı-başlı futbolçuları belə qolları qaçırırsa, day onlara deyiləcək başqa söz yoxdur!
Xallarını 35-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 29 xalı olan "Göygöl" isə 8-ci yerdədir.
SPORTİNFO.AZ
Şəki şəhər stadionu. 450 tamaşaçı | ||||
|