AZ

İspaniya millisiində "sevgi üçbucağı": Enrikenin qızı indi də onunla eşq yaşayır

PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martinezin yeni sevgilisinin kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, o, "Real Sosyedad"ın və İspaniya millisinin müdafiəçisi Robin Le Normandla münasibətdədir. Bu barədə İspaniyanın "Socialite" telekanalı məlumat yayıb.

Cütlüyün San Sebastiyanda görüntüləndiyi, qucaqlaşdıqları və hisslərini gizlətmədikləri qeyd edilir.

Maraqlıdır ki, Enrikenin 24 yaşlı qızı daha əvvəl İspaniya millisinin başqa bir futbolçusu Ferran Torreslə münasibətdə idi. Qız "Barselona"nın cinah oyunçusu ilə ötən ilin mayında ayrılıb.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla