AZ

MDB-də ən yüksək pensiya yaşı Azərbaycandadır - BAİ

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıqlayıb. 


BAİ 2022-ci ilin yekunlarına istinadən bildirir ki, Azərbaycanda kişilər 65 yaşın tamamında pensiyaya çıxır. Kişilər Tacikistanda, Qırğızıstanda, Belarusda, Moldovada, Qazaxıstanda və Ermənistanda 63 yaşda, Türkmənistanda 62 yaşda, Rusiyada 61,5 yaşda, Özbəkistan və Ukraynada 60 yaşda pensiya çıxmaq hüququ qazanır. 
MDB ölkələrində qadınlar kişilərdən daha tez pensiyaya çıxa bilir. 2022-ci ilin məlumatına görə, qadınlar Azərbaycan və Ermənistanda 63 yaşda, Qazaxıstanda 61 yaşda, Moldova və Ukraynda 60 yaşda, Belarus, Qırğızıstan, Tacikistan və Türkmənistanda 58 yaşda, Rusiyada 56,5 yaşda, Özbəkistanda 55 yaşda pensiyaya çıxır. 
Azərbaycan əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayına görə də ön sıralarda dayanır. Ölkəmiz pensiyaçıların sayına görə, Tacikistandan sonra ikici sıradadır. Hər 1000 nəfərə Tacikistanda 76, Azərbaycanda 110 pensiyaçı düşür.  


Bu göstərici Rusiyada 285, Moldovada 265-dir. 


Azərbaycanda pensiya yaşı yüksək və pensiyaçıların sayı az olsa da minimum pensiya məbləği yüksəkdir. 


Ölkəmiz Belarus və Qazaxıstandan sonra ən yüksək pensiya verən ölkədir. Minimum pensiya Belarusda 169 dollar, Qazaxıstanda 148 dollar, Azərbaycanda 141 dollar, Ermənistanda 53 dollar, Tacikistanda 20 dollardır. 


Vasif
 

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla