AZ

Zaxarova Ermənistan-ABŞ-Aİ görüşü barədə: “İrəvandan cavab və təkzib gözləyirik”

“Mətbuatda ABŞ və Avropa İttifaqı (Aİ) ilə “hərbi-siyasi razılaşmalar” haqqında məlumat dərc edildikdən sonra Rusiya Ermənistandan aydın cavab və təkzib gözləyir”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-Aİ görüşündə hərbi-siyasi razılaşmaların əldə olunduğu haqqıda məlumatı şərh edərkən deyib.

 

“Əvvəllər İrəvan açıq şəkildə əmin edirdi ki, Qərb ölkələri ilə əməkdaşlığın inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Bu amillərin məcmusunu nəzərə alaraq, biz Ermənistan hakimiyyətindən bu məlumatla bağlı dəqiq cavab gözləyirik” – Zaxarova fikrini yekunlaşdırıb.
 

Əzizə Zeynal

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla