AZ

“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”

Qabil Hüseynli: “Azərbaycan-Yeni Kaledoniya arasındakı münasibətlərinin inkişafı Fransanın imperialist siyasətinin ifşasına təkan verəcək”

 

Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bunu iki xalq arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, Fransanın imperialist siyasətinin ifşası baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

 

“Təbii ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması çox mühüm hadisədir və bu, iki xalq arasında münasibətlərin daha da inkişafına kömək edəcək. Ancaq bu, həm də Fransanın müstəmləkəçilik siyasətinin ifşası baxımından da əhəmiyyətli hadisədir.

 

Heç kimə sirr deyil ki, son illər baş verən bir çox hadisə Azərbaycanla Yeni Kaledoniya arasında münasibətlərin daha da inkişafına rəvac verib, iki xalqı bir-birinə daha da yaxınlaşdırıb. Bunun bir səbəbi də Fransanın həm Azərbaycana, həm də Yeni Kaledoniyaya olan ədalətsiz münasibətidir. Fransanın dünyanın fərqli bölgələrində beynəlxalq hüquq və ədaləti pozmaqla öz maraqlarını təmin etməyə çalışır ki, bu da yolverilməzdir.

 

 

Bu baxımdan, hesab edirəm ki, Azərbaycanla Yeni Kaledoniya arasındakı hər bir yaxınlıq nəticəsi etibarı ilə Fransa imperializminin beynəlxalq müstəvidə daha uğurla ifşasına kömək edəcək, imperializmdən əziyyət çəkən digər xalqları da bu mübarizədə aktiv iştirak etməyə sövq edəcək”.

 

Seymur ƏLİYEV

 

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla