AZ

Türkiyədən sərt reaksiya: “Heç vaxt qəbul etməyəcəyik”

Türkiyə Xarici İşlər Nazirliyi 17-18 aprel tarixlərində Avropa Birliyi (AB) dövlət və hökumət başçılarının xüsusi zirvə toplantısının nəticələri ilə bağlı bəyanat verib.

Teleqraf.com xəbər verir ki, nazirlik toplantıda verilən qərarları qəbul etmədiklərini bildirib.

Nazirlik bildirir ki, toplantıda Türkiyə ilə bağlı qəbul edilən qərarlar AB-nin bu ölkə və qlobal proseslərə strateji baxışının olmamasının yeni nümunəsidir:

“Sammitin yekununda vurğulanır ki, ölkəmizlə əməkdaşlıq və qarşılıqlı faydaya yönəlmiş münasibətləri inkişaf etdirmək AB-nin strateji maraqlarına uyğundur. Digər tərəfdən, AB Komissiyasının vitse-prezidenti, AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrell və AB Komissiyası tərəfindən hazırlanan AB-Türkiyə münasibətlərinə dair birgə bəyanatdakı tövsiyələrlə bağlı konkret qərarın qəbul edilə bilməməsi ciddi uyğunsuzluqdur.

Kipr məsələsinin Türkiyə-AB münasibətlərinin inkişafı ilə əlaqələndirilməsi tərəfimizdən heç vaxt qəbul edilməyəcək. Kipr məsələsi ilə bağlı çoxşaxəli Türkiyə-AB münasibətlərini zəiflədən yanaşmadan imtina edilməlidir. Belə bir zehniyyət nə Kipr, nə də digər regional və qlobal problemlərə müsbət və konstruktiv töhfə verə bilər.

Namizəd ölkə Türkiyə AB üzvlüyünə qərarlı olaraq qalır. Bununla belə, biz əməkdaşlığımızın müəyyən sahələr üzrə seçici anlayışla məhdudlaşdırılmasını rədd edirik. Qarşılıqlılıq çərçivəsində AB-nin Türkiyəyə doğru atacağı addımların sürəti, səviyyəsi və miqyasına uyğun olaraq qarşıdakı dövrdə AB ilə dialoqumuzu müzakirə edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla