AZ

Cimmi Batler həlledici oyunda olmayacaq

”Mayami Hit” ötən gecə play-in mübarizəsinin ilk oyununda “Filadelfiya Siksers”ə məğlub olub.

İdmanxeber.az məlumat verir ki, Florida təmsilçisinin pley-offda mübarizə aparmaq üçün son şansı sabah keçiriləcək “Çikaqo Bullz” ilə görüşdə qalib gəlməkdir. Bu oyunda qələbə qazanan komanda pley-off seriyasında “Boston Seltiks”in rəqibi olacaq.

”Mayami Hit”in ulduzu Cimmi Batler dünənki oyunda ciddi zədələnib və sabahkı oyunu qaçıracağı gözlənilir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla