AZ

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Aİ

Bakı, 18 aprel, AZƏRTAC

Fransa Avropa İttifaqına üzv olan ölkələri arasında Rusiyadan daha çox qaz alan dövlətdir.

AZƏRTAC RİA agentliyinə istinadən xəbər verir ki, Ukraynada başladığı hərbi əməliyyatlara görə Rusiyaya qarşı kəskin mövqedə dayanmasına və üzv dövlətlərdən sanksiyaları daha da sərtləşdirməyi tələb etməsinə baxmayaraq Fransa fevralda Rusiyadan 322,3 milyon avro dəyərində qaz alıb ki, bu da yanvar ayı ilə müqayisədə 10 faizdən çoxdur.

Rusiyadan ən çox qaz idxal edən Aİ ölkələri siyahısının ikinci pilləsində Macarıstan qərarlaşıb. Bu ölkə qeyd olunan dövrdə Rusiyadan 210 milyon avro dəyərində qaz alıb.

Üçüncü yerdə isə İspaniya dayanıb. Bu Priney ölkəsi fevral ayında Rusiyaya qaz ixracı üçün 118,2 milyon avro ödəyib.

Ukrayna müharibəsindən əvvəl Rusiya hər il Avropaya 150 milyard kubmetr qaz satırdı. Lakin “Şimal axını” qaz kəmərinin 2022-ci ildə partladılmasından və Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra qaz ixracı 85 milyon kubmetrə düşüb. Hazırda sanksiyalara baxmayaraq bir sıra Avropa dövlətləri az da olsa Rusiyadan qaz almaqda davam edirlər.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla