AZ

Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir - Spiker

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan YeniKaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması,Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri,Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıqetdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Cənubi Qafqazregionunda sabitliyi pozmağa yönəlmiş siyasətinin tənqid edib.

Bu barədə Trend-əParlamentdən məlumat verilib.

Spiker Sahibə Qafarova bildirib ki, Fransa öz tarixində qaraləkə olan kolonializmi yalnız öz keçmiş müstəmləkələrində, zorgücünə öz hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm dədigər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirməkniyyətindədir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davamedən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan MinskQrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki,bu gün də Cənubi Qafqaz sülh səylərini, sabitliyi pozmağa yönəlmişsiyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır,militarizmi təhrik edir. O, təəssüflə Fransanın bu gün Azərbaycanaqarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalqplatformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşıqarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevində dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizətəzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün,əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyəyönəlibdir.

Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentinin üzvləriFransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir və onunneokolonializm siyasətinin ifşası istiqamətində səylərgöstərir.

Seçilən
34
20
Mənbələr
Şərh ()
Bağla